Aİ regional dialoqu dəstəkləyir: Nikol Paşinyan Toivo Klaarı qəbul edib

Aİ regional dialoqu dəstəkləyir: Nikol Paşinyan Toivo Klaarı qəbul edib

ER baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Baş nazir Ermənistan-Aİ tərəfdaşlığını vacib sayıb, Aİ-nin və Avropa Şurasının sədri Şarl Mişelin regional sabitlik üçün səylərini yüksək qiymətləndirib.

Regional sülh və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması kontekstində Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrlik fəaliyyətinin vacibliyini vurğulayıb.

Toivo Klaar qeyd edib ki, Avropa İttifaqı Ermənistanla əməkdaşlığın dərinləşdirməsini vacib hesab edir və regional dialoqu dəstəkləyir.

Həmsöhbətlər Brüssel görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının işləri və regional infrastrukturun blokdan çıxarılması ilə bağlı məsələlərə toxunulub.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT