Ermənistanın XİN başçısı Brüsselə gedəcək

Ermənistanın XİN başçısı Brüsselə gedəcək

Mayın 17-18-də ER xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə işgüzar səfərdə olacaq. Nazir Mirzoyanın sədrliyi ilə Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının 4-cü iclası keçiriləcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vahan Hunanyan bildirib.

İclasda Ermənistan-Avropa İttifaqı Hərtərəfli Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin və İqtisadi-İnvestisiya Proqramının icrası, demokratiya, insan haqları və qanunun aliliyi sahələrində əməkdaşlığa toxunacaqlar.

Tərəflər ticarət-iqtisadi əməkdaşlıq və vizaların liberallaşdırılması üzrə dialoqun başlanması perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.

Dağlıq Qarabağ münaqişəsi, o cümlədən regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunacaq.

Ermənistan nümayəndə heyətinə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Aİ nümayəndə heyətinə isə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borel rəhbərlik edəcək.

Səfər çərçivəsində ER xarici işlər nazirinin Aİ-nin müxtəlif rəsmiləri ilə də görüşləri nəzərdə tutulub.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT