Vladimir Putinin Ermənistana dövlət səfəri hazırlanır: Mirzoyan

Vladimir Putinin Ermənistana dövlət səfəri hazırlanır: Mirzoyan

Rusiya prezidenti Vladimir Putinin bu ilin oktyabr-dekabr ayları ərzində Ermənistana dövlət səfəri gözlənilir. Hazırda şərtlərin təfərrüatları və tarixi dəqiqləşdirilir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Düşənbədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

O, həmçinin qeyd edib ki, gələn həftə Moskvada Ermənistan ilə Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının iclası planlaşdırılır.

“Bildirmək istəyirəm ki, azərbaycanlı həmkarımla delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması mövzusunda danışmışıq. Və deyəsən, Aleksey Overçukla kommunikasiyalarla bağlı 16-17 mayda Moskvada görüş keçiriləcəyinə dair razılıq var. Həmçinin razılıq var ki, Moskvada həmin günlərdə delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı ikitərəfli görüşün keçirilməsi təşkil olunacaq” – deyə Mirzoyan vurğulayıb.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT