AŞPA həmməruzəçisi azərbaycanlı jurnalistə qarşı hücumu qınayıb

AŞPA həmməruzəçisi azərbaycanlı jurnalistə qarşı hücumu qınayıb

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak jurnalist Aytən Məmmədovaya qarşı hücumun araşdırılmasını təqib edəcək. Bu barədə Turan-a AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak bildirib.

"Bu xəbəri eşidəndə şok oldum. Biz AŞPA-nın məruzəçisi olaraq bu məsələni araşdıracayıq". Onun sözlərinə görə, tezliklə AŞPA-ya Azərbaycanla bağlı hesabat yazmalıdırlar.

"Bu, yüksək səviyyəli cinayətdir və biz hökuməti dinləyəcəyik, nə edəcəklər. Biz aydın fəaliyyət və addımlar görmək istəyirik. Dövlət jurnalistləri və azad mətbuatı qorumalıdır. Bu, bir ölkədə demokratiyanın səviyyəsi haqqında sizə məlumat verəcəkdir"- deyə Şennak qeyd edib. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT