Ermənistanın baş naziri NATO baş katibinin xüsusi nümayəndəsini qəbul etdi

Ermənistanın baş naziri NATO baş katibinin xüsusi nümayəndəsini qəbul etdi

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolominanı qəbul edib.

Görüş zamanı Nikol Paşinyan qeyd etdi ki, regionda vəziyyət kifayət qədər gərgindir  və Ermənistan bu prosesdə beynəlxalq tərəfdaşların dəstəyini zəruri hesab edərək, mövcud problemlərin həlli istiqamətində addımlar atır.

Xavier Kolomina qeyd etdi ki, Ermənistan NATO əhəmiyyətli tərəfdaşdır. O vurğulayıb ki, Şimali Atlantika Alyansı Kosovoda erməni sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirir.

Tərəflər Ermənistan-NATO tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələlərinə, Dağlıq Qarabağ ətrafındakı vəziyyətə də toxunulub.

Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, Dağlıq Qarabağ münaqişəsinin həlli, komunikasiyaların açılması, Ermənistan-Türkiyə dialoq prosesi ilə bağlı Ermənistanın mövqelərini təqdim edib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT