Regionda gərginlik yaratmaq cəhdi: Artsax XİN Şuşidə “dünya azərbaycanlıların 5-ci qurultayı”nın keçirilməsinə toxunub

Regionda gərginlik yaratmaq cəhdi: Artsax XİN Şuşidə “dünya azərbaycanlıların 5-ci qurultayı”nın keçirilməsinə toxunub

Artsax Respublikasının Xarici İşlər Nazirliyi Şuşidə keçirilən “dünya azərbaycanlılarının 5-ci qurultayı” ilə bağlı bəyanat yayıb.

"Artsax Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan tərəfindən işğal edilmiş erməni Şuşi şəhərində “dünya azərbaycanlılarının 5-ci qurultayı”nın keçirilməsi təşəbbüsünü son dərəcə dekonstruktiv hesab edir. Bu anti-erməniçilik və ekspansionizmin aşkar elementləri özündə ehtiva edir.

Belə bir “təşəbbüs” həm də regionda gərginlik yaratmaq cəhdidir.

Artsax XİN rəsmi Bakının Azərbaycan-Qarabağ münaqişəsinin nizamlanması üçün sülh prosesini pozmaq və torpeda etmək məqsədi daşıyan bu millətçi və aqressiv siyasətini qətiyyətlə pisləyir"- deyə bəyanatda deyilir.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT