Azərbaycan XİN rəhbəri Aİ nümayəndəsi ilə Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanmasını müzakirə edib

Azərbaycan XİN rəhbəri Aİ nümayəndəsi ilə Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanmasını müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tərəflər, bölgədə mövcud olan cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün normallaşma istiqamətində irəliləmə, o cümlədən delimitasiya prosesinin başlanması, sülh sazişinin hazırlanması, humanitar addımların davam etdirilməsi və bütün kommunikasiya xətlərinin açılmasının vacibliyi vurğulanıb.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT