logo

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Azərbaycana gələcək

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Azərbaycana gələcək

Yaxın günlərdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili Azərbaycana rəsmi səfər edəcək. Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, səfər 2 gün davam edəcək. L.Davitaşvili Azərbaycanın Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşlər keçirəcək.

Gürcü naziri səfərdə müavinləri Quram Quramişvili və Romeo Mikautadze, "Gürcüstan Dəmir Yolları" SC-nin Baş direkoru David Peradze və digər rəsmi şəxslər müşayiət edəcəklər.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT