Ermənistanın Baş naziri sülh sazişindən danışıb

Ermənistanın Baş naziri sülh sazişindən danışıb

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan qeyd etdi ki, sülh gündəliyinə alternativ yoxdur. O, aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüş nəticəsində əldə olunan razılaşmalara da toxunub. Baş nazir bildirdi ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin sülh müqaviləsinə hazırlığa başlamasına razılaşdı.

“Bunun praktikada nə mənası var, hansı qrafik, hansı miqyasdadır, hələ müzakirə olunmalıdır və qərar vermək lazımdır. Deməliyəm ki, bizim burada da illüziyalarımız yoxdur, çünki biz istisna etmirik ki, Azərbaycan sülh danışıqlarını mümkün qədər tez dalana gətirməyə çalışacaq və Ermənistan və Artsaxa qarşı yeni  aqressiv hərəkətlər törətmək üçün bundan istifadə edəcək”,- Nikol Paşinyan vurğuladı. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT