Rusiya sülhməramlıları tərəfindən Askeran sakininin yaralanması ilə bağlı xəbər həqiqətə uyğun deyil: Artsax MTX

Rusiya sülhməramlıları tərəfindən Askeran sakininin yaralanması ilə bağlı xəbər həqiqətə uyğun deyil: Artsax MTX

Artsax Milli Təhlükəsizlik Xidməti bəyanat yayıb:

“Bu gün «КУПИ ПРОДАИ́ В АРЦАХЕ» Facebook qrupunda rus sülhməramlıları tərəfindən Askeran sakininin yaralanması barədə məlumat yayılıb. Eyni zamanda, üzünün sol nahiyəsindən xəsarət almış şəxsin fotosu paylaşıldı.

Əslində bu məlumat Facebook istifadəçisinin səhifəsinə qanunsuz daxil olmaqla dərc edilib, reallığa uyğun gəlmir, yayılan foto isə internetdən götürülüb və orada təsvir olunan şəxs Artsax Respublikası vətəndaşı deyil. 

Biz rəsmi şəkildə təsdiqi olunmayan məlumatları yaymaqdan çəkinməyə və yalnız rəsmi mesajlara əməl etməyə çağırırıq”,-məlumatda deyilir. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT