ER Artsax xalqının öz vətənində azad, təhlükəsiz və ləyaqətli yaşamaq hüququnu təmin etmək öhdəliyini bir daha təsdiqləyir: XİN

ER Artsax xalqının öz vətənində azad, təhlükəsiz və ləyaqətli yaşamaq hüququnu təmin etmək öhdəliyini bir daha təsdiqləyir: XİN

ER Xarici İşlər Nazirliyi Marağada ermənilərin qətliamının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “30 il əvvəl, 1992-ci il aprelin 10-da Azərbaycan silahlı qüvvələri Artsaxın Martakert rayonunun Marağa kəndində dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədiblər, nəticədə 5 minə yaxın əhalisi olan erməni kəndi ermənilərdən tamamilə boşaldılıb.

Marağada törədilmiş hərbi cinayətlər beynəlxalq insan haqları təşkilatlarının, o cümlədən Human Rights Watch və Amnesty Internationalın hesabatlarında sənədləşdirilmişdir. Bütün bunlara görə, ermənilərə qarşı törədilmiş cinayətlər nəticəsində 30-u qadın olmaqla 50 nəfərin vəhşicəsinə qətlə yetirildiyi, 29 qadın və 9 uşağın girov götürüldüyü, onlardan 19-nun taleyi naməlum olaraq qaldığı məlumdur. 

Marağa qırğını Sumqayıtda, Kirovabadda və Bakıda baş verənlərin davamı olub, Azərbaycan hakimiyyətinin ermənilərə qarşı nifrət və etnik təmizləmə siyasətinin növbəti təzahürü idi.

Ermənilərin yaşadığı Azərbaycan şəhərlərində və Dağlıq Qarabağda ermənilərə qarşı törədilmiş kütləvi qırğınların günahkarlarının cəzasız qalması, onların qəhrəmanlaşdırılması, illərlə aparılan anti-erməni siyasəti yeni qırğınların törədilməsinə səbəb oldu.

Hazırda Azərbaycan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda erməni mülki əhalinin hədəfə alınması və humanitar böhranın yaradılması, habelə martın 24-dən Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına hücumu (nəticədə 400-dən çox insan məcburi köçküb), göstərir ki, rəsmi Bakının əsl məqsədi Artsaxda tam etnik təmizləmə aparmaqdır.

Bu gün biz Marağa qətliamı qurbanlarının xatirəsini ehtiramla yad edirik. Ermənistan Respublikası Artsax xalqının öz vətənində azad, təhlükəsiz, ləyaqətli yaşamaq hüququnu təmin etmək öhdəliyini bir daha təsdiqləyir və beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ ermənilərinin mövcud təhlükəsizliyinə təhdidlərin qarşısını almaq üçün səylərinin vacibliyini vurğulayır”. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT