Mən Ermənistan və Çin arasında sıx əməkdaşlığın inkişafı üçün səy göstərməyə hazıram: Vahaqn Xaçaturyan

Mən Ermənistan və Çin arasında sıx əməkdaşlığın inkişafı üçün səy göstərməyə hazıram: Vahaqn Xaçaturyan

ER prezidenti Vahaqn Xaçaturyan Ermənistan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.

Məktubda qeyd olunub ki, Ermənistan-Çin dostluğunun əsası Böyük İpək Yolunun tarixi dövründə, xalqlarımız arasında qarşılıqlı hörmət və etimada əsaslanan sıx mədəni-ticari əməkdaşlığının formalaşdığı bir vaxtda qoyulub.

“Üç onillik əvvəl, bu tarixi gündə dövlətlərarası münasibətlərin qurulması ilə ölkələrimiz arasında əməkdaşlıq yeni dövrə qədəm qoydu”,-deyə o əlavə etdi ki, ötən illər ərzində ikitərəfli əməkdaşlığın demək olar ki, bütün sahələrində: sosial, siyasi, ticarət, müdafiə, humanitar sahələrdə mühüm nəticələr əldə edildi. 

“Sizinlə birlikdə xalqlarımızın rifahı naminə Ermənistan və Çin arasında sıx əməkdaşlığın davamlı və ardıcıl inkişafı üçün lazımi səyləri göstərməyə hazıram”,-prezident vurğuladı. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT