Erməni dövlətçiliyinin mövcudluğunun və erməni xalqının təhlükəsizliyinin açarı Artsaxdadır: Artax Parlamenti bəyanat yaydı

Erməni dövlətçiliyinin mövcudluğunun və erməni xalqının təhlükəsizliyinin açarı Artsaxdadır: Artax Parlamenti bəyanat yaydı

Artsax Respublikasının Parlamenti bəyanat yaydı. Bəyanatda qeyd olunur ki, Ermənistan və Artsx Respublikaları Spyurkdəki erməni icmalarının tam dəstəyi ilə bir yumruq olmaqla, milli maraqlarımızı müdafiə edərək regional çağırışlarla müqavimət göstərə bilərlər.

“Geosiyasi reallıqların bu çətin dövründə, Rusiyanın sülhməramlı missiyasını alt-üst etməyə çalışan Azərbaycan mütəmadi olaraq erməni yaşayış məntəqələrini atəşə tutduğu, qaz kəmərini partlatdığı, yeni əraziləri işğal etdiyi vəziyyətdə Artsax Respublikasının Parlamenti Artsax xalqının iradəsini və qətiyyətini və 1988-ci ildə tarixi vətənində yaşamaq üçün başlayan milli azadlıq mübarizəsinə baxışı bir daha təsdiq edir.

30 il ərzində qələbələrimiz, uğursuzluqlarımız da olub. 2020-ci ilin sentyabrın 27-də bizə məcbur edilən və 44 gün davam edən müharibə nəticəsində  itkilərimiz oldu. Lakin heç kim bizi öz müqəddəratını təyin etmək, öz taleyimizə nəzarət etmək hüququndan məhrum edə bilməz.

2020-ci ildə 44 günlük müharibədən sonra təhlükəsizlik mühitimiz əsaslı şəkildə dəyişdi və bölgədə yaradılmış kövrək sülh Artsax Müdafiə Ordusu və Rusiya sülhməramlı qüvvələrinin səyləri ilə qorunur.

Son  bir il yarımda baş verən hadisələrin göstərdiyi kimi, düşmənlərimiz bu  gün də erməniləri Artsaxdan çıxarmaq planını davam etdirirlər. Erməni dövlətçiliyinin mövcudluğunun və erməni xalqının təhlükəsizliyinin açarı Artsaxdadır”.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT