Rusiyanın Müdafiə Nazirliyi gərginliyi azaltmaq üçün addımlar atır: Zaxarova

Rusiyanın Müdafiə Nazirliyi gərginliyi azaltmaq üçün addımlar atır: Zaxarova

Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına aktiv yardım edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

O, Moskvanın Bakı və Yerevanla daim təmasda olduğunu xatırladıb.

Zaxarova Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Dağlıq Qarabağdakı vəziyyətə də toxunub. 

XİN rəsmisi ölkəsinin tərəfləri üçtərəfli bəyanatlara ciddi əməl etməyə çağırdığını vurğulayıb: “Rusiyanın Müdafiə Nazirliyi və sülhməramlı kontingentinin komandanlığı gərginliyini azaltmaq üçün addımlar atır. Sülhməramlılar üçtərəfli bəyanatın müddəalarına ciddi şəkildə uyğun hərəkət edirlər”.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT