Dağlıq Qarabağ münaqişəsi hüquq məsələsidir, biz ardıcıl olaraq Artsax ermənilərinin bütün hüquqlarını müdafiə edəcəyik: ER baş naziri

Dağlıq Qarabağ münaqişəsi hüquq məsələsidir, biz ardıcıl olaraq Artsax ermənilərinin bütün hüquqlarını müdafiə edəcəyik: ER baş naziri

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Artsaxda qaz kəsilmə probleminə toxunub. O qeyd etdi ki, artıq üç gündür ki, Azərbaycan tərəfinin müdaxiləsi ilə Artsax vətəndaşları təbii qazdan məhrum edilib.

“Bu, Azərbaycanın müdaxiləsi nəticəsində baş verib. Bildiyiniz kimi, martın 7-də Azərbaycanın nəzarəti altında olan ərazidə Artsaxı təmin edən qaz kəməri partladılıb. Azərbaycan müxtəlif bəhanələrlə qaz kəmərinin təmirinə icazə vermədi, sonda təmir etdi. Bizdə olan məlumata görə, təmir nəticəsində qaz kəmərinə siyirtmə quraşdırılıb. Və daha sonra, martın 21-də Azərbaycan heç partlayış olmadan qaz kəmərini bağladı və bununla da martın 7-də baş verən partlayışın səbəbkarının özünün olduğunu sübut etdi.

Baş naziri qeyd etdi ki, Azərbaycanın hərəkətləri nəticəsində Artsax humanitar fəlakətin astanasındadır. Şübhə etmirəm ki, Artsaxın qəhrəman xalqı bunun öhdəsindən də gələcək”,- deyə Nikol Paşinyan vurğuladı.

Baş nazir öz çıxışında qeyd etdi ki, martın 7-də Artsaxda son 30 ildə görünməmiş miqdarda qar yağıb və havanın temperaturu görünməmiş səviyyəyə düşüb. Martın 21-də qar rekordu bəzi yerlərdə 1,5 metr, paytaxt Stepanakertdə isə 1 metr keçib, havanın temperaturu -8 dərəcəyə enib. 

“Bu, birmənalı olaraq Azərbaycanın Artsax ermənilərinə qarşı siyasətini bir daha göstərir”.

Baş nazir qeyd etdi ki, təxminən 1,5 ildir ki, Azərbaycan hər dəfə 2020-ci ildəki 44 günlük müharibədə guya zəfər çaldığını söyləyir, lakin  Artsaxda bu qədər iztirab və məhrumiyyətlərdən sonra hazırda 17 minə yaxın erməni yaşayırsa məhz bu Azərbaycanın ən böyük məğlubiyyətidir․

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT