Aİ Artsax əhalisinə təcili qaz təchizatnın vacibliyini vurğulayıb

Aİ Artsax əhalisinə təcili qaz təchizatnın vacibliyini vurğulayıb

Avropa İttifaqı Stepanakertə qaz nəqlində fasilələrin olması ilə bağlı məlumatlardan narahatdır. Bu barədə Aİ-nin xarici siyasət üzrə ali komissarı Peter Stanonun bəyanatında deyilir.

“Martın 8-də təchizatın ilk dayandırılmasından sonra Aİ Azərbaycanı yenidənqurma prosesində fəal iştirak etməyə çağırıb, bu səbəbdən təmir işləri aparılıb və martın 19-da qazın nəqli bərpa edilib.

Aİ xüsusilə kəskin hava şəraitində zərər çəkmiş əhalinin dərhal qazla təmin olunmasının vacibliyini vurğulayıb və nəzarət orqanlarını prosesə dəstək verməyə çağırıb.

Avropa İttifaqı regionda baş verən bu və digər hadisələri diqqətlə izləyir və Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında iştirakını davam etdirəcək” – deyə bəyanatda qeyd olunur. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT