Artsax Parlamenti beynlxalq qurumları Azərbaycanın addımlarını pisləməyə çağırıb

Artsax Parlamenti beynlxalq qurumları Azərbaycanın addımlarını pisləməyə çağırıb

Artsax Respublikasının Parlamenti ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, BMT-yə və müvafiq strukturlara müraciətlə bağlı bəyanat qəbul edib.

Müracitədə qeyd olunur ki, son günlər Artsaxın sərhədyanı ərazilərində gərginlik yeni vüsət alıb, xüsusən də Azərbaycan Askaran rayonunun Xramort, Naxçıvanik, Parux, Martuni rayonunun Xnuşinak, Karmir Şuka və Taqavard kəndlərində qumbaraatanlardan istifadə edərək atəşkəsi dəfələrlə pozub. 

“Azərbaycanın hərbi-siyasi rəhbərliyi bu cür təxribatçı hərəkətlər ilə Artsax xalqını qorxutmağa, onları daim təşviş içində saxlamağa, həmçinin Rusiya sülhməramlı qüvvələrinin missiyasını və nüfuzunu ləkələməyə çalışır. Artsax Respublikasının Parlamenti Azərbaycanın Artsaxa qarşı təcavüzkar terror aktlarını, Artsax Respublikasının yaşayış məntəqələrinin hədəfə alınmasını, mülki əhaliyə psixoloji və informasiya təzyiqini, Arstaxa gələn qaz kəmərinin təmir işlərinə mane olmasını qətiyyətlə pisləyir. 

Artsax Parlamenti ATƏT-in Minsk Qrupunun həmsədrlərini, BMT-ni və onun müvafiq strukturlarını Azərbaycanın davranışını adekvat qiymətləndirməyə, bu cür cinayətkar müdaxilələrin qarşısını almaq üçün səy göstərməyə çağırır”,- deyə vurğulanıb.

Azərbaycanın bu təxribatçı hərəkətləri bir daha da sübut edir ki, Artsax xalqının təhlükəsizlik şəraitində yaşamaq və müstəqil dövlətə malik olmaq hüququnun tanınması yeganə düzgün qərardır.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT