Toivo Klaar və İlham Əliyev Ermənistanla Azərbaycan arasında kommunikasiyanın bərpasını müzakirə ediblər

Toivo Klaar və İlham Əliyev Ermənistanla Azərbaycan arasında kommunikasiyanın bərpasını müzakirə ediblər

Azərbaycan prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı tərəflər Azərbaycanın və Aİ arasında münasibətlərə və konstruktiv dialoqa toxunublar. Əliyev Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafını yüksək qiymətləndirərək, Azərbaycana 2 milyard avro güzəştli kreditin verilməsi qərarını mühüm göstərici adlandırıb. O, Aİ-Azərbaycan arasında yeni əməkdaşlıq sazişi üzrə danışıqların tezliklə başa çatacağına ümid etdiyini bildirib.

Tərəflər Şarl Mişel və Fransa prezidenti Emanuel Makronun təşəbbüsü ilə Ermənistan və Azərbaycan lidrlərinin görüşlərinə toxunublar və əldə olunmuş razılaşmaların həyata keçirilməsini vacib sayıblar. Klaar və Əli Ermənistanla Azərbaycan arasında kommunikasiyanın bərpası, sərhədlərin demarkasiyası və digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT