logo

Norveç Helsinki Komitəsi Əliyevin imzaladığı Media haqqında qanunu tənqid edib

Norveç Helsinki Komitəsi Əliyevin imzaladığı Media haqqında qanunu tənqid edib

“Azərbaycan prezidenti İlham Əliyev tərəfindən media haqqında yeni qanun təsdiq edildikdən sonra Azərbaycanda jurnalist və ya sosial media fəalı olmaq daha da çətinləşəcək”. Bu barədə Norveç Helsinki Komitəsinin bəyanatında deyilir.

Yeni qanun onsuz da ciddi nəzarət olunan ölkə KİV-lərinə bir çox yeni genişmiqyaslı məhdudiyyətlər gətirəcək. 

Norveç Helsinki Komitəsi qeyd edir ki, Azərbaycanda müstəqil və tənqidçi KİV-lər tez-tez senzuraya və zorla bağlanmağa, jurnalistlər və sosial şəbəkə istifadəçiləri sistemli təqiblərə və həbslərə məruz qalırlar.

Qanunun bir çox müddəaları hökumətin hadisələrin işıqlandırılmasını ciddi şəkildə məhdudlaşdırmasına imkan verəcək və hökumətin tənqid edilməsinin qarşısını almaq üçün istifadə olunacaq.

Bundan başqa, hakimiyyət artıq bu və ya digər KİV-i bağlamaq üçün məhkəmə qərarına ehtiyac duymayacaq.

"Azərbaycanın beynəlxalq tərəfdaşları media və tənqidi səsləri susdurmaqla avtokratiyanın qurulduğu bir ölkədə bu yeni məhdudiyyətlərin nə qədər zərərli olacağını dilə gətirməlidir", deyə bəyanatda qeyd edilir.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT