DQ münaqişəsi zonasında YUNESKO-nun faktaraşdırıcı missiyasının həyata keçirilməsini prioritet və təcili hesab edirik։ ER XİN sözçüsü

DQ münaqişəsi zonasında YUNESKO-nun faktaraşdırıcı missiyasının həyata keçirilməsini prioritet və təcili hesab edirik։ ER XİN sözçüsü

ER Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatını şərh edib.

“44 günlük müharibə başa çatdıqdan sonra biz Dağlıq Qarabağ münaqişəsi zonasında YUNESKO-nun baş katibi Odri Azulenin təklif etdiyi faktaraşdırıcı missiyanın həyata keçirilməsini prioritet və təcili hesab edirik. Ermənistan bu missiyanın mümkün qədər tez həyata keçirilməsini dəstəkləyir: Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasına və onun iki protokoluna uyğun olaraq.

Müharibə nəticəsində Azərbaycanın nəzarəti altına keçən ərazilərdə erməni mədəni və dini irsini qaçılmaz məhv olmaq təhlükəsindən qorumaq üçün təcili olaraq YUNESKO-nun faktaraşdırıcı missiyasına ehtiyac yaranıb.

Erməni abidələrinə qarşı vandalizm halları, o cümlədən Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən erməni tarixi-mədəni irsinin kimliyini təhrif etmək üçün işçi qrupunun yaradıldığını elan etməsi belə bir təhlükənin real olduğunu sübut edir.

Biz  Yerevan və Bakıya YUNESKO nümayəndə heyətinin səfər təklifi yalnız YUNESKO-nun Baş Katibinin təklif etdiyi yuxarıda qeyd olunan missiya çərçivəsində nəzərdən keçiril” – deyə ER XİN sözçüsü şərhində deyilir.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT