logo

Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesi regionun təhlükəsizliyini gücləndirəcək: Zas

Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesi regionun təhlükəsizliyini gücləndirəcək: Zas

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Ermənistanla Azərbaycan arasında, Cənubi Qafqazda sülhün bərqərar olmasının yeni perspektivlərinə toxunub, EADaily xəbər verir.

Təşkilatın baş katibi Ermənistan-Azərbaycan münaqişəsinin həllində “ehtiyatlı nikbinlik” nümayiş etdirib.

“Təbii ki, gərginlik ocaqları var, onlar Ermənistan-Azərbaycan sərhədindədir. Mən orada idim, baş verənləri öz gözlərimlə gördüm. Amma reallıqda elə bir sərhəd yoxdur, təmas xətti, məntəqələr, müşahidə məntəqələri var. Zaman-zaman atışmalar olur. Belə olmamalıdır" – deyə  KTMT-nin baş katibi vurğulayıb.

“Hazırda tərəflərin qarşısında ciddi vəzifə durur - sərhədin delimitasiya, daha sonra demarkasiya prosesinə başlamaq. Bu, böyük və çətin işdir, lakin bu, regionun təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək" – deyə Zas bildirib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT