Türkiyə ilə diplomatik əlaqələr ilkin şərt olmadan qurulmalıdır: Mirzoyan

Türkiyə ilə diplomatik əlaqələr ilkin şərt olmadan qurulmalıdır: Mirzoyan

“Ermənistanın mövqeyində heç bir dəyişiklik baş verməyib. İstər son illərdə, istərsə də 25-30 il əvvəl Yerevan hesab edirdi ki, ilkin şərt olmadan Türkiyə ilə sərhədlər açılmalı və diplomatik əlaqələr qurulmalıdır”.

Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, indiyədək Türkiyə və Ermənistan nümayəndələrinin bir görüşü olub.

“Bir çox məsələlərə toxuna bilmədik. Amma proseslərin müsbət istiqamətdə gedəcəyi ilə bağlı işarələr var. Lakin bu, bir tərəfin mövqeyindən asılı olmayan məsələdir”, - XİN başçısı vurğulayıb.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT