Türkiyə-Ermənistan münasibətlərinin normallaşması region üçün böyük addım olacaq: Avstriyanın XİN başçsıı

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması region üçün böyük addım olacaq: Avstriyanın XİN başçsıı

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması region üçün böyük bir addım olacaq”.

Bunu Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq fevralın 2-də Yerevanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Mən regionda davam edən prosesi görürəm və bundan ruhlanıram. Sonuncu dəfə 2021-ci ilin iyununda Ermənistanda olmuşdum, o zamanla müqayisədə əhval dəyişib. İnanıram ki, potensial və perspektivlər var. Bəli, biz regionda etimad üçün gərginliklər üzərində işləməliyik. Bu çərçivədə elementlərdən biri də Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində şüurlu addımların atılmasıdır. Düşünürəm ki, bu, həm bütöv region, həm də erməni xalqı üçün böyük addımdır”, - XİN başçısı vurğulayıb.

Qeyd edək ki, A.Şallenberq fevralın 2-də Ermənistana səfər edib. Səfər sabah başa çatacaq.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT