Ermənistan üçün Avstriyanın böyük əhəmiyyəti var: XİN

Ermənistan üçün Avstriyanın böyük əhəmiyyəti var: XİN

Avstriya  Respublikasının Federal Avropa və Xarici İşlər Naziri Aleksandr Şalenberqin işgüzar səfəri ərəfəsində Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan və Avstrisya arasında diplomatik münasibətlərlə bağlı bəyanat yaydı. 

Qeyd olunub ki, səfər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi, onlara keyfiyyətcə yeni təkan verilməsi məqsədi daşıyır.

Ermənistan-Avstriya əlaqələri son illər ərzində əhəmiyyətli irəliləyiş əldə edib. Avstriya Avropa İttifaqı ölkə kimi Ermənistan üçün mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında əməkdaşlığın dərinləşməsi çoxtərəfli əməkdaşlıq baxımından da mümkündür.

Ermənistan-Avstriya zəngin ikitərəfli gündəliyinə ticarət və iqtisadiyyat, təhsil, parlamentlər səviyyəsində əməkdaşlıq, yardım proqramları sahəsində əməkdaşlıq, güclü hüquqi baza əsasında peşəkar potensialın inkişafı daxildir.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT