Enerji məsələləri üzrə komissar Aİ-yə qaz tədarükünü müzakirə etmək üçün Azərbaycan və ABŞ-a səfər edəcək

Enerji məsələləri üzrə komissar Aİ-yə qaz tədarükünü müzakirə etmək üçün Azərbaycan və ABŞ-a səfər edəcək

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Avropa İttifaqına əlavə qaz tədarükü məsələsini müzakirə etmək üçün Bakı və ABŞ-a səfər edəcək.

Bu barədə çərşənbə axşamı Avropa Komissiyasının nümayəndəsi Tim Makfi Brüsseldə keçirdiyi brifinqdə bildirib. 

"Qaz tədarükü ilə bağlı danışıqlar davam etdiriləcək. Cümə günü, Avropa komissarı Simson Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin nazirlər görüşündə iştirak etmək üçün Azərbaycana səfər edəcək. Fevralın 7-də isə K. Simson Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə birlikdə energetika üzrə Aİ-ABŞ Şurasının iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək”- deyə Makfi qeyd edib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT