Ermənistanın BMT-dəki daimi nümayəndəsi Artsaxda beynəlxalq hüququn pozulması məsələsini qaldırıb

Ermənistanın BMT-dəki daimi nümayəndəsi Artsaxda beynəlxalq hüququn pozulması məsələsini qaldırıb

Ermənistan Respublikasının BMT-dəki daimi nümayəndəsi Mher Margaryan BMT Təhlükəsizlik Şurasının açıq müzakirəsində çıxışında Artsax məsələsinə toxunub. Azərbaycanın Dağlıq Qarabağa qarşı güc tətbiqi nəticəsində yaratdığı vəziyyətə toxunan səfir Marqaryan qeyd edib ki, qlobal epidemiya kontekstində atəşkəs sazişinin və beynəlxalq hüququn kobud şəkildə pozulması ilə müharibənin başlanması erməni etnik əhalisini qismən və ya tamamilə məhv etmək niyyəti ilə həyata keçirilən əvvəlcədən planlaşdırılmış  əməliyyat idi.

Səfir qeyd etdi ki,  Rusiya Federasiyasının Sülhməramlı Qüvvələrinin Artsaxdakı Humanitar Mərkəzi Artsax sakinlərinə lazımi yardım görstərdi. O vurğuladı ki, Birləşmiş Millətlər Təşkilatının və beynəlxalq ictimaiyyətin  beynəlxalq humanitar hüququn kobud pozuntularını aşkar etmək imkanı var. 

Ermənistanın BMT-dəki səfiri vurğuladı ki, münaqişə vəziyyətində olan insanlar diqqətdən kənarda qalmamalıdır, humanizm, neytrallıq, qərəzsizlik və müstəqillik prinsiplərinə uyğun olaraq onlara beynəlxalq yardıma göstərilməlidir.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT