Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası silahlı toqquşmaların qarşısını almağa kömək edəcək: Bordyuja

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası silahlı toqquşmaların qarşısını almağa kömək edəcək: Bordyuja

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Nikolay Bordyuja bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası silahlı toqquşmaların qarşısını almağa kömək edəcək. 

O qeyd edib ki, bu gün KTMT-nin Ermənistana göstərdiyi dəstəyi deyil, Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası barədə danışmaq lazımdır. 

Bordyujanın sözlərinə görə, bu birgə qrupların yaradılması, arxiv məlumatlarının, müxtəlif xəritələrin araşdırılması deməkdir. 

O bildirib ki, Rusiya vasitəçilik səylərini təklif edib, tarixi materiallar, Müdafiə Nazirliyinin arxivindən xəritələr təklif edib, ki onlar Ermənistan-Azərbaycan birgə işçi qrupunun yaradılması üçün əsas ola bilsin.

“Düşünmürəm ki, indiki mərhələdə Ermənistana qoşun göndərmək və hərbi yardım göstərmək məsələsini müzakirə etmək olar. İndiyədək görülən işlər, o cümlədən Qarabağda sülhməramlıların yerləşdirilməsi sabitliyin təminatıdır", - Bordyuja əlavə edib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT