ABŞ səfiri Ermənistanın Mərkəzi Hərbi Hospitalında olub

ABŞ səfiri Ermənistanın Mərkəzi Hərbi Hospitalında olub

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi və ABŞ Hərbi Hava Qüvvələri Briqada generalı Edvard Vohn yanvarın 19-da ER Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında keçirilən mərasimdə iştirak ediblər. Onlar ABŞ-ın Qlobal Sülhməramlı Təşəbbüsü çərçivəsində mobil xəstəxanaya 665.000 dollar dəyərində tibbi avadanlıq bağışlayıblar. 

Səfir Treysi öz çıxışında Ermənisanın hərbi tibb heyətinin cəsarəti və fədakarlığını qeyd etdi.

“Ümid edirik ki, bu avadanlıq insanların həyatını xilas etməyə və həyatlarını yaxşılaşdırmağa kömək edəcək”,- səfir vurğuladı.

Budnan başqa, general Vohn Ermənistan Respublikasının Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin yüksək rütbəli rəsmiləri ilə də görüşlər keçirib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT