Bakı və Yerevanı yaxın vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul etməyə çağırırıq: Rusiya XİN

Bakı və Yerevanı yaxın vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul etməyə çağırırıq: Rusiya XİN

Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi bu formatın işinin ilk növbədə mandatına uyğun və təbii ki, 2020-ci ildən sonra yaranmış regional reallıqları nəzərə alaraq davam etdirilməsinin tərəfdarıdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bizim bu mövqeyimizi ATƏT-in Minsk Qrupu üzrə tərəfdaşlarımız - ABŞ və Fransa tamamilə bölüşür. Bu, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin xarici işlər nazirlərinin 7 dekabr 2021-ci il tarixli birgə bəyanatında öz əksini tapıb”.

Zaxarova qeyd etdi, ötən il Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə həmsədrlərlə görüşlər zamanı tərəflərə gələcək qarşılıqlı fəaliyyət üçün gündəliyə dair “balanslaşdırılmış, kifayət qədər real təkliflər” verilib: 

“Bu, ilk növbədə sosial-iqtisadi sahədə aktual humanitar problemlərin həllinə yönəldilib. Biz tərəflərdən, o cümlədən üçlüyün regional səfərlərinin bərpası məsələsi ilə bağlı rəsmi cavab gözləyirik”.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT