Laçin dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir: Zaxarova Əliyevə cavab verib

Laçin dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir: Zaxarova Əliyevə cavab verib

Laçin dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir, Azərbaycanda bunu bilirlər. Bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova İlham Əliyevin son bəyanatını şərh edərkən bildir.

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin noyabrın 9-da imzaladığı bəyanata əsasən Rusiya sülhməramlı qüvvələri təmas xətti və Laçin dəhlizi boyunca yerləşir. Sənədin 6-cı bəndinə əsasən, Laçin dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir”,- deyə Zaxarova qeyd etdi. 

O əlavə etdi ki, Rusiya sülhməramlı qüvvələrinin komandanlığı beynəlxalq vətəndaşların, o cümlədən beynəlxalq təşkilatların sülhməramlı əməliyyat zonasına səfəri qaydasını müəyyən edib. 

“Azərbaycan və Ermənistan tərəfləri bunu yaxşı bilirlər. Xüsusilə, ağlabatan müddət ərzində Rusiya sülhməramlılarına bu cür səfərlər barədə lazımi qaydada məlumat vermək nəzərdə tutulur”- deyə XİN rəsmisi qeyd olunub.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT