Rusiya XİN Ermənistanla Azərbaycan arasında delimitasiya üzrə komissiyadan danışıb

Rusiya XİN Ermənistanla Azərbaycan arasında delimitasiya üzrə komissiyadan danışıb

Ermənistanla Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə komissiya tezliklə yaradıla bilər.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “RİA Novosti”yə açıqlamasında deyib.

O xatırladıb ki, noyabrın 26-da Rusiya, Azərbaycan və Ermənistan liderləri Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üçün Rusiyanın vasitəçi dəstəyi ilə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.

“Bu komissiyasının tezliklə yaradılacağını gözləyirik. Bu razılaşmanın icrasının reallaşmasında yüksək səviyyədə keçilməz sədlərin olduğunu düşünmürük. Rusiya may ayında Azərbaycan-Ermənistan sərhədinin müxtəlif istiqamətlərində gərginliyin artdığı zaman vasitəçi kimi çıxış edərək Azərbaycanla Ermənistan arasında müvafiq danışıqlar prosesinin başlanması məsələsini təklif edib”, -  deyə Rudenko vurğulayıb.

XİN başçısının müavini qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sərhəd problem sovet dövründən qalıb: “Qeyd etməliyəm ki, insidentlərin Rusiya sülhməramlılarının məsuliyyət zonasına birbaşa aidiyyəti yoxdur. Problem sovet dövründən qalıb”.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT