Bayramov delimitasiya məsələsinə və 3+3 formatına toxunub

Bayramov delimitasiya məsələsinə və 3+3 formatına toxunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında Ermənistanla sərhədlərin delimitasiyası məsələsinə toxunub və qeyd edib ki, bu istiqamətində işlərə başlamaq üçün Komissiyanın yaradılması üçün bütün tərəflər razılıq verməlidir.

Nazir Azərbaycan tərəfinin bu Komissiyanın yaradılmasına razılıq verdiyini diqqətə çatdırıb: “Düşünürük ki, yaxın aylarda bu Komissiya formalaşacaq”.

Bayramov “3+3” formatı haqqında danışırkən Moskvada Xİ nazirləri müavinlərinin görüşünü müsbət qiymətləndirib. 

“Biz bu görüşü müsbət qiymətləndirir, ilkin razılaşmaları məqbul sayırıq. Növbəti görüşlərin rotasiya əsasında ölkələrdə keçirilməsi barədə razılıq əldə olunub”,-Bayramov deyib. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT