Ərdoğan tövsiyələrə əməl etmir: Keçmiş məsləhətçi

Ərdoğan tövsiyələrə əməl etmir: Keçmiş məsləhətçi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü türk lirəsinin rekord dərəcədə aşağı düşməsi fonunda ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ehtimalını qəti şəkildə təkzib edib.

“Bəyan edirəm ki, seçkilər 2023-cü ilin iyun ayında keçiriləcək. Növbədənkənar seçkilər keçirilməyəcək”, – deyə o qeyd edib.

Bununla belə, Ərdoğanın keçmiş müşaviri Akif Bekin “New York Times” ilə müsahibəsində deyib ki, Ərdoğan sıravi türklər arasında reytinqinin və türk lirəsinin aşağı düşməsinə baxmayaraq, işgüzar qrupların, investorların və iqtisadçıların xəbərdarlıqlarına və tövsiyələrinə məhəl qoymur.

Ekspertlərin fikrincə, Ərdoğan gələcək seçkilərdə hakimiyyətini saxlamaq, siyasi hakimiyyəti bərpa etmək üçün yol axtarır.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT