Armen Grigoryan və Stanislav Zas demarkasiya və delimitasiya prosesinin tez başlaması üçün şəraitlərin təmin edilməsini vacib sayıb

Armen Grigoryan və Stanislav Zas demarkasiya və delimitasiya prosesinin tez başlaması üçün şəraitlərin təmin edilməsini vacib sayıb

Dekabrın 22-də ER Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan Ermənistanda işgüzar səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas ilə görüşüb.

Görüş zamanı tərəflər Ermənistanın KTMT-yə sədrliyi dövründə həyata keçiriləcək proqramları müzakirə ediblər.

Bu kontekstdə terrorizm, ekstremizm, miqrasiya təhlükəsizliyi, bioloji təhlükəsizlik və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı siyasətin hazırlanmasında KTMT-yə üzv dövlətlərin birgə fəaliyyəti prioritet hesab edilib.

Tərəflər Ermənistan-Azərbaycan, Tacikistan-Qırğızıstan və Tacikistan-Əfqanıstan sərhədlərində gərginliyin azaldılmasına töhfə verməklə bağlı fikir mübadiləsi aparıblar.

Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti təqdim edərək, bunun Ermənistan üçün birinci dərəcəli əhəmiyyət kəsb edən çağırış olduğunu vurğulayıb.

Bu kontekstdə hər iki tərəf Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin tez başlaması üçün şəraitlərin təmin edilməsini vacib sayıb․


 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT