logo

Müsavat Partiyası Azərbaycan parlamentini Media haqqında qanun layihəsinin müzakirəsini dayandərmağa çağırır

Müsavat Partiyası Azərbaycan parlamentini Media haqqında qanun layihəsinin müzakirəsini dayandərmağa çağırır

“Media haqqında” yeni qanun Azərbaycanda söz və media azadlığının boğulması, siyasi senzuranın gücləndirilməsi istiqamətində növbəti addımdır.”

Bu barədə Müsavat Partiyasının açıqlamasında deyilir.

Müsavat Partiyası bildirir ki, bu layihənin ictimai müzakirələr təşkil edilmədən Milli Məclisdə ikinci oxunuşda qəbul edilməsi hakimiyyətin media resurslarını tamamilə nəzarətə götürmək istəyindən irəli gəlir.

Partiya bildirir ki, Azərbaycan hakimiyyəti bu qanunu qəbul etməklə, nəinki ölkə ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına nəzarəti gücləndirmək, hətta ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan cəmiyyətinə istiqamətlənmiş bütün media subyektlərini, habelə jurnalistləri inzibati strukturlardan tam asılı vəziyyətə salmaq istəyir.

Müsavat Partiyası “Media haqqında” yeni qanunun qəbulu prosesinin dayandırılmasını, layihə ilə bağlı müstəqil medianın təmsilçilərinin iştirakı ilə içtimai müzakirələrin təşkilini, Azərbaycanda söz və ifadə azadlığının boğulması, siyasi senzuranın möhkəmləndrilməsi istiqamətində addımlara son qoyulmasını tələb edir.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT