“Uşaq Avroviziyası” gələn il Ermənistanda keçiriləcək

“Uşaq Avroviziyası” gələn il Ermənistanda keçiriləcək

Avropa Yayım Birliyi və Ermənistanın İctimai Televiziyası rəsmi olaraq bildirirlər ki, dekabrın 19-da Parisdə qazanılan qələbəyə görə gələn il Ermənistanda “Uşaq Avroviziyası” mahnı müsabiqəsi keçiriləcək

Avropa Yayım Birliyinin baş direktoru Noel Karan bildirdi ki, bu həftə Parisdə Ermənistanın ikinci qələbəsinə görə çox həyəcanlı idilər. 

“Malenanı və İctimai Televiziyanın nümayəndə heyətini parlaq qələbə münasibətilə təbrik edirik”,- deyə o vurğuladı.

Xatırladaq ki, bu, Ermənistanın yarışda ikinci qələbəsidir. 2010-cu ildə də  Artsaxlı Vova Arzumanyan “Uşaq Avroviziyası” mahnı müsabiqəsində 1-ci yeri tutub. 2022-ci ildə Ermənistan ikinci dəfə “Uşaq Avroviziyası”a ev sahibliyi edəcək.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT