Rusiya Türkiyə ilə Ermənistanın münasibətləri normallaşdırma səylərini alqışlayır

Rusiya Türkiyə ilə Ermənistanın münasibətləri normallaşdırma səylərini alqışlayır

"Rusiya Türkiyə ilə Ermənistanın münasibətləri yoluna qoymaq əzmini alqışlayır".

Bunu Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Rusiya hesab edir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin yoluna qoyulması regiondakı ümumi ab-havanı sağlamlaşdırmağa təkan verər, bu da qarşılıqlı etimad və mehriban qonşuluq mühitinin yaradılmasına dəstək olardı” – deyən Rusiya rəsmisi Ankara və Yerevanın problemləri müzakirə etmək üçün qarşılıqlı dialoqa başlamaq əzmini alqışladıqlarını dilə gətirib: “Fikrimizcə, tərəflərin bu məqsədlə xüsusi nümayəndə təyin etmələri ağıllı və məntiqli addımdır”.

Rusiya XİN nümayəndəsi bu prosesə dəstək verməyə hazır olduqlarını da diqqətə çatdırıb.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT