Azərbaycanın təxribat xarakterli hərəkətləri planlaşdırılmış şəkildə regionda vəziyyəti davamlı olaraq gərginləşdirməyə yönəlir: XİN

Azərbaycanın təxribat xarakterli hərəkətləri planlaşdırılmış şəkildə regionda vəziyyəti davamlı olaraq gərginləşdirməyə yönəlir: XİN

“Ermənistan-Azərbaycan sərhədində Azərbaycan silahlı qüvvələrinin silahlı təxribatları hər gün davam edir. Dekabrın 10-da belə bir təxribat nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Vahe Manaseryan həlak olub, 8 nəfər isə yaralanıb”,-deyə  ER Xarici İşlər Nazirliyinin Azərbaycanın təxribat xarakterli hərəkətlərini pisləyən bəyanatında bidirilir. 

Qeyd olunur ki, Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın təxribat xarakterli hərəkətlərini pisləyir, onların planlı olduğunu bəyan edir, bu təxribatların məqsədi isə, regionda vəziyyəti davamlı olaraq gərginləşdirməkdir. 

XİN vurğulayır ki, bütün bu, Azərbaycanın “Zangezur dəhlizi” adlanan absurd ritorikasına əsaslanır, hansı ki 9 noyabr, 11 yanvar, 26 noyabr bəyanatlarına, Soçidə əldə olunmuş razılaşmalara ziddir və Ermənistan Respublikasının suveren ərazisi üçün ambisiyaların açıq ifadəsidir.

Bəyanatda deyilir ki, rəsmi Bakı beynəlxalq hüququn əsas prinsiplərini pozaraq Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı döyüşkən bəyanatlarla güc tətbiqi ilə bağlı açıq təhdidlər etməkdə davam edir.

Ermənistan Respublikası Azərbaycan Respublikasını təxribat xarakterli ritorika və hərəkətlərdən çəkinməyə, regionda sülh və sabitliyin bərqərar olunması səylərinə mane olmamağa çağırır.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT