Əliyev ailəsi Londonda ən böyük daşınmaz əmlak sahiblərindən biridir: Chatham House

Əliyev ailəsi Londonda ən böyük daşınmaz əmlak sahiblərindən biridir: Chatham House

Böyük Britaniyanın beynəlxalq analitika mərkəzi “Chatham House”un araşdırması bildirdi ki,  SSSR dağılmasından sonra yaradılan “quldur rejimlər”in nümayəndələri ölkənin korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə siyasətinə baxmayaraq, Böyük Britaniyada, xüsusən də Londonda çox saylı daşınmaz əmlak aldılar. 

Araşdırmada qeyd olunur ki, Londonda Əliyev və Paşayevlərin adına 13 mənzil, "AtaHolding”in rəhbəri olan Əşrəf Kamilovun adına 11 mənzil, Cahangir Hacıyevin adına 2 mənzil, Ziya Məmmədovun adına 1 mənzil, ümumilikdə 27 malikanə mövcuddur

Araşdırmada dəqiq ünvanları ilə qeyd edilən bu mənzillərin ümumi dəyəri yarım milyard dollardan çox olduğu qeyd olunub.

Londonda daşınmaz əmlak alanların siyahısında Qazaxıstan, Qırğızıstan və Özbəkistanın hakim ailələrinin üzvləri və oliqarxlar da var.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT