ER-nın ABŞ-dakı səfiri Makunts konqresmen Kim ilə 44 günlük müharibədən sonrakı vəziyyəti müzakirə edib

ER-nın ABŞ-dakı səfiri Makunts konqresmen Kim ilə 44 günlük müharibədən sonrakı vəziyyəti müzakirə edib

Dekabrın 7-də Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü, respublikaçı konqresmen Yanq Kimlə uzaq məsafəli görüş keçirib. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyinin “Facebook” səhifəsində deyilir.

“Səfir Makunts və konqresmen Kim Dağlıq Qarabağda 44 günlük müharibədən sonrakı vəziyyəti müzakirə edib. Səfir vurğulayıb ki, Azərbaycan rəhbərliyinin hərbi və destruktiv bəyanatları regionda sülhün və sabitliyin bərpasına yönəlmiş səylərə zərbə vurur.

Səfir ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllini vacib sayıb. Səfir Makunts Azərbaycan tərəfində saxlanılan erməni hərbi əsirlərin qeyd-şərtsiz vətənə qaytarılmasının zəruriliyini vurğulayıb”,- deyə yazıda deyilir.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT