Soçi bəyanatı ilə növbəti dəfə “dəhliz” və ya dəhliz məntiqi ilə bağlı hər hansı təbliğat xarakterli tezislər təkzib olunub: XIN

Soçi bəyanatı ilə növbəti dəfə “dəhliz” və ya dəhliz məntiqi ilə bağlı hər hansı təbliğat xarakterli tezislər  təkzib olunub: XIN

Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat Katibi Vahan Hunanyan Soçi görüşünə toxunub. 

Vahan Hunanyanım bildirdi ki, rəsmi Yerevan üçtərəfli bəyanatların müddəalarının tam yerinə yetirilməsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verəcəyinə əmindir.

“Soçi bəyanatı tərəflər 9 noyabr 2020-ci il tarixli bəyanatların bütün müddəalarının ardıcıl və qeyd-şərtsiz yerinə yetirilməsini bir daha təsdiqləyirlər. Bu, Azərbaycan tərəfinin hələ də yerinə yetirmədiyi 8-ci müdəadə nəzərdə tutulmuş öhdəliklər - hərbi əsirlərin, girovların, digər həbs edilmiş şəxslərin qaytarılması və digər müdəalarda yerinə yetirilməyən öhdəliklər haqqındadır”,- deyə Hunanyan bildirdi. 

O qeyd etdi ki, Soçi bəyanatı ilə regionda bütün yolların və iqtisadi əlaqələrin açılması təqsdiqlənir və növbəti dəfə “dəhliz” və ya dəhliz məntiqli ilə hər hansı təbliğat xarakterli tezislər  təkzib olunub.

“Əminik ki, üçtərəfli bəyanatların müddəalarının tam yerinə yetirilməsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verəcək”,- deyə XİN mətbuat katibi vurğuladı. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT