Nikol Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib

Nikol Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib

Ermənistab Respublikasının Baş naziri Nikol Paşinyan Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında baş verən hadisə nəticəsində insanların həlak olması ilə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Başsağlığı məktubunda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında fövqəladə hadisə nəticəsində onlarla mədənçinin və xilasedicinin ölümünə səbəb olan faciəli hadisə məni dərindən kədərləndirdi.

Ermənistan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərərçəkənlərin hamısının tezliklə sağalmalarını arzulayıram".

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT