Dağlıq Qarabağ bölgəsində nizamlanma prosesində hər kəsə məlum olan problemlər qalmaqdadır: Rudenko

Dağlıq Qarabağ bölgəsində nizamlanma prosesində hər kəsə məlum olan problemlər qalmaqdadır: Rudenko

Rusiya tərəfi ümid edir ki, Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşündə Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması üçün perspektiv istiqamətlər müəyyənləşdiriləcək. Bunu “ТАСС”-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

“Görüş 9 noyabr 2020-ci ildə üçtərəfli sazişin imzalanmasından sonra keçən ilin yekunlarını müzakirə etmək, sülh prosesini təşviq etmək üçün gələcək addımları nəzərdən keçirmək məqsədi daşıyır. Ümid edirik ki, bu görüşdə liderlər perspektiv istiqamətləri müəyyənləşdirəcək”,- deyə Rusenko bildirdi. 

Rusiya XİN nümayəndəsi qeyd etdi ki, Dağlıq Qarabağ bölgəsində nizamlanma prosesində hər kəsə məlum olan problemlər qalmaqdadır.

"Bunlar nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasyası məsələləridir. Burada hələ də sərhəddə silahlı insidentlər olur,  insanlar  həlak olurlar", - deyə o qeyd edib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT