logo

Azərbaycanda İranın yük maşınlarına tətbiq edilən verginin aradan qaldırılması mövzusunu qaldıracağam: Qasemi

Azərbaycanda İranın yük maşınlarına tətbiq edilən verginin aradan qaldırılması mövzusunu qaldıracağam: Qasemi

İran və Azərbaycan ticarətdəki maneələri, o cümlədən Azərbaycan ərazisindən keçən İranın yük maşınlarına tətbiq edilən vergini aradan qaldırmaq üçün yollar axtarır.

İran mətbuatına əsasən, bunu İranın yolların və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi deyib.

Onun sözlərinə görə, sözügedən məsələ İranda hazırda rəsmi səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə müzakirə edilib.

“Biz İran yük maşınlarına tətbiq edilən vergiləri və iki ölkə arasında nəqliyyat əlaqələrinin asanlaşdırılması məsələsinə baxacağıq. Ş.Mustafayevlə tətbətək görüşdə Azərbaycanda İranın yük maşınlarına tətbiq edilən verginin aradan qaldırılması mövzusunu qaldıracağam”՞- deyə Qasemi qeyd edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT