Ararat Mirzoyan Yunanıstanın xarici işlər nazirinə sərhəddə yaranmış vəziyyəti təqdim edib

Ararat Mirzoyan Yunanıstanın xarici işlər nazirinə sərhəddə yaranmış vəziyyəti təqdim edib

Noyabrın 18-də ER xarici işlər naziri Ararat Mirzoyanla Yunanıstanın xarici işlər naziri Nikos Dendias arasında telefon danışığı olub. Ararat Mirzoyan Nikos Dendiasa Azərbaycan silahlı qüvvələrinin bölmələrinin Ermənistan Respublikasının suveren ərazisinə qarşı başlatdığı hərbi əməliyyatlar nəticəsində yaranmış vəziyyət barədə məlumat verib.

Ararat Mirzoyan vurğuladı ki, Azərbaycanın növbəti təcavüzündən əvvəl Azərbaycan hakimiyyəti tərəfindən aylarla Ermənistanın ərazi bütövlüyünə qarşı təhdidlər, güc tətbiq etmək hədələri, o cümlədən güc yolu ilə “dəhlizin açılması” ilə bağlı qeyri-qanuni bəyanatlar, ermənilərə qarşı nifrət  və müharibə ruhlu ilə dolğun ritorika olub.

Trəfələr regional təhlükəsizliyə dair qarşılıqlı maraq doğuran bir sıra məsələləri, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT