Rusiya həm ikitərəfli, həm də çoxtərəfli öhdəliklərinə ciddi yanaşır: Zaxarova

Rusiya həm ikitərəfli, həm də çoxtərəfli öhdəliklərinə ciddi yanaşır: Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-Azərbaycan sərhədinəki vəziyyətə toxunub. Zaxarova qeyd etdi ki, həm Azərbaycan, həm də Ermənistanla təmasdadır.

“Dünən Rusiya Prezidenti ilə Ermənistan baş naziri arasında telefon danışığı olub, Rusiya müdafiə naziri Sergey Şoyqu həm erməni, həm də azərbaycanlı həmkarları ilə telefon danışığı keçirib. Bu vasitəçilik səyləri nəticəsində ötən gecə döyüşlər və qarşıdurmalar dayanıb. Əməkdaşlıq davam edir. Gərginliyi azaltmaq üçün biz hər iki tərəfi təmkinli olmağa, yeni insidentlərin qarşısını almağa və bütün mübahisələri müstəsna olaraq siyasi və diplomatik yollarla həll etməyə çağırırıq.

Rusiya həm ikitərəfli, həm də çoxtərəfli öhdəliklərinə ciddi yanaşır. İkitərəfli xətt üzrə müvafiq məsləhətləşmələr aparılır. KTMT-yə gəlincə, bizdə olan məlumata görə, onlar Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti diqqətlə izləyirlər”,- Zaxarova qeyd etdi. 

Rusiya XİN rəsmi nümayəndəsi ATƏT Minsk qrupunun formatına da toxunub. O qeyd etdi ki, Həmsədrlər fəal vasitəçilik səylərini davam etdirirlər. Üçlük hazırda vəziyyəti müzakirə etmək üçün Vyanadadır.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT