Azərbaycan Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağda təxribatlarını davam etdirir: Ararat Mirzoyan

Azərbaycan Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağda təxribatlarını davam etdirir: Ararat Mirzoyan

ER xarici işlər naziri Ararat Mirzoyan Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşündə  qeyd etdi ki, Azərbaycan Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağda təxribatlarını davam etdirir.

“Azərbaycan Dağlıq Qarabağ xalqına qarşı hərbi təcavüzə başlayıb, regional vəziyyəti ciddi təhlükə altına alıb. Əsas hüquqlarını həyata keçirməyə çalışan bir xalqa qarşı güc tətbiqi münaqişənin həlli ola bilməz. Rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin artıq mövcud olmaması ilə bağlı bütün bəyanatları reallığa uyğun gəlmir, çünki münaqişənin əsl səbəbi həll olmayıb. 

Biz əminik ki, münaqişə ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında  və mandat çərçivəsində öz siyasi həllini tapmalıdır.

Bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmağa hazırdır. Lakin yalnız tərəflərdən birinin xoş niyyəti ilə sülhə nail olmaq mümkün deyil.

Regionda sülhün bərqərar olması, Bakıda qondarma “Qənimətlər parkı”nın olması, Azərbaycanın yüksək məmutların davamlı nifrət dolu çıxışları, ermənilərə qarşı olan nifrəti, Ermənistanın suveren ərazisinə Azərbaycan qoşunlarının zorla daxil olması (sonuncu hadisə dünən baş verib) halda bunu, təsəvvür etmək çətindir”,- Mirzoyan qeyd etdi. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT