Sev liç ərazisində vəziyyət ER Silahlı Qüvvələrinin tam nəzarəti altındadır: MN

Sev liç ərazisində vəziyyət ER Silahlı Qüvvələrinin tam nəzarəti altındadır: MN

Noyabrın 10-da Azərbaycanın bəzi KİV-ləri xəbər yayıblar guya ki, Ermənistanın Sünik bölgəsinin Sev liç ərazisində erməni və azərbaycanlı hərbçilər arasında dava baş verib, bir qrup erməni hərbçi mühasirəyə düşüb.

Daha sonra bu dezinformasiyaya Azərbaycanın Müdafiə Nazirliyi də qoşularaq 60 erməni hərbçisinin mühasirədə olduğunu, onların yalnız Rusiya tərəfinin vasitəçiliyi ilə azad edildiyini bəyan etdi.

Ermənistan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı açıq dezinformasiyadır.

Üstəlik, Ermənistan silahlı qüvvələrinin  Sev liç ərazisində Azərbaycan tərəfinin təxribatına cavab tədbirlərindən sonra Azərbaycan silahlı qüvvələri yaranmış vəziyyətin nizama salınması üçün Rusiya tərəfinə müraciət edib və məhz Rusiya tərəfinin fəal fəaliyyəti nəticəsində vəziyyət sabitləşdirilib. 

Ermənistan Respublikasının Müdafiə Nazirliyi bir daha təsdiq edir ki, Sev liç ərazisində vəziyyət Ermənistan Respublikası Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT