Almaniya XİN Azərbaycan və Ermənistana münaqişənin həlli üçün öz səylərini gücləndirməyə çağırır

Almaniya XİN Azərbaycan və Ermənistana münaqişənin həlli üçün öz səylərini gücləndirməyə çağırır

Almaniya münaqişənin dayanıqlı həlli üçün Azərbaycan və Ermənistanı öz səylərini gücləndirməyə çağırıb.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri Matias Lüttenberq “Twitter”də bildirib.

“9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan bir il sonra biz Azərbaycan və Ermənistanı atəşkəs rejiminə tam riayət etməyə və hər iki ölkənin xalqlarının mənafeyinə uyğun olaraq münaqişənin dayanıqlı həlli üçün öz səylərini gücləndirməyə çağırırıq”, - deyə XİN rəsmisi qeyd edib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT