ABŞ Dövlət katibinin köməkçisinin müavini Ermənistana səfər edəcək

ABŞ Dövlət katibinin köməkçisinin müavini Ermənistana səfər edəcək

ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə yeni təyin olunan müavini Erika Olson Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Noyabrın 2-4-dək davam edəcək səfər zamanı diplomat hər üç ölkənin rəsmi şəxsləri ilə görüşəcək. O, Cənubi Qafqazda regional əməkdaşlıq və ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparacaq.

Məlumata görə, Yerevanda ABŞ səfirlərinin və digər diplomatik nümayəndəliklərinin toplantısı keçiriləcək. Tədbirdə Vaşinqtonun Azərbaycandakı səfiri Örl Lisenberger, Ermənistandakı səfiri Linn Treysi və Gürcüstandakı səfiri Kelli Deqnan iştirak edəcəklər.

Qeyd edək ki, ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirlərinin bundan əvvəlki toplantıları 2018-ci ildə Tbilisidə, 2019-cu ildə Bakıda keçirilib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT